yaraşıq üçün (yararsız, xeyirsiz, faydasız insan ya əşya haqqında)

just for decoration / someone is just a fifth wheel / someone stands for cipher (of someone who is quite useless, can’t do anything) для (вместо) мебели (совершенно бесполезен, не нужен где-либо, при каком-либо деле)
yaraşar
yaraşıqlı kişi
OBASTAN VİKİ
Əşya
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. ASE, V cild, Bakı, 1981, səh.
Əşya (hüquq)
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Əşya masası
Əşya surəti
Əşya surəti- Bədii əsərdə qeyri-insani varlıqların (ev, məişət avadanlığı və s.) əlamətlərinin ümumiləşmiş şəkildə verilməsinə əşya surəti deyilir. Əşya surəti, hər şeydən əvvəl bədii əsərin əsas oobyektinə- insan həyatında onunla əlaqədar hadisələrə tabe edilir. "Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbəli genbol bir imarət idi. Bundan başqa, evin baş tərəfində üç, balaca otaqdan ibarət qədim bir tikili vardı. Bu Hüseynqulu ağanın babsından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu". Əşya surəti oxucuya əsərdəki əsas surətlərin həyat tərzini, zövqünü, marağını, başqalarına münasibətini, eləcə də müxtəlif dövrlərdə adamların yaşayış tərzini öyrənməyə, dərk etməyə imkan verir. Heyvan surəti, bədii əsərdə əşya surətlərindən başqa heyvan surətləri də verilir.Məsələn Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində Şəbdiz,Gülgün, "Koroğlu" dastanında Qırat, Dürat, "Məlikməmməd" nağılında Zümrüd quşu, "Ağ atlı oğlan" nağılında aslan , quş, at, "Qaçaq Nəbi" dastanında Boz at, A.Şaiqin "Köç" hekayəsində Qızıl it və s. Azərbaycan ədəbiyyatında heyvan surətlərinin səciyyəvi nümunələridir.
Əşya hüququ
Əşya hüququ — Mülki hüququn bir sahəsidir və ümumiyyətlə Mülki Məcəllənin 4-cü kitabında tənzimlənir. İnsanların əşyalar üzərində mütləq hüquqlarını (əşya hüquqlarını) tənzimləyir. Əşya müstəqil obyekt kimi maddi varlıqdır. Mülkiyyət hüququ mallar üzərində ən geniş və qeyri-məhdud real hüquqdur. Məhdud daşınmaz hüquqlar servitut hüququ, girov hüququ və daşınmaz əmlakdan yaranan hüquqlardır. Şəxsi servitutlar uzufrukt, tikinti hüququ və yaşayış hüququdur. Digər əmlak hüquqlar borclunun və ya üçüncü şəxslərin əmlakı üzərində girov hüququdur və daşınmaz/daşınar kimi ikiyə bölünür. İpoteka daşınmaz əmlakın girovuna daxildir. Mallar üzərində hüquqlar sahiblik və torpaq reyestri anlayışları ilə izah olunur. Sahiblik, insanın əşyalar üzərində onun sahib olmaq iradəsinə əsaslanan əməliyyat hökmranlığıdır.
İnsan Hüquqları Haqqında Universal Bəyannamə
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleonora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir.
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleonora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir.
İnsan irqlərinin qeyri-bərabərliyi haqqında
İnsan irqlərinin qeyri-bərabərliyi haqqında (fr. Essai sur l'inégalité des races humaines) — 1833–1855-ci illər aralığında fransız yazıçısı və diplomatı Artur de Qobino tərəfindən yazılmış əsər. Əsər nasistlərin və bir çox millətçilərin manifestinə çevrilmişdir. Əsərində Qobino bütün xalqların öyrənilməsi əsasında insanların etnik yaxud irqi fərqlərinin onların mədəniyyətlərinin və tarixi talelərinin fərqlənməsinin əsas səbəbi olduğunu ortaya qoyur. O göstərir ki, hal-hazırda da irqi fərqlər mədəni tərəqqinin əsas hərəkətverici qüvvələrindən Qobino təbii, coğrafi və iqlimin ictimai təsisatlara, əxlaqın və digər mənəvi amillərin mədəni tərəqqiyə təsirini qəbul etmir. O yalnız insanların morfoloji xüsusiyətlərinin təsirini hesab edirdi.
Ya istiqlal, ya ölüm
"Ya istiqlal, ya ölüm" — Mustafa Kamal Atatürkün Sivas konqresinə çıxışı zamanı istifadə etdiyi ifadə.
İnsan
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Çoxistifadəçili əşya yönümlü
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Ya Salam
“Ya Salam” (ərəbcə: يا سلام‎) ərəb pop ulduzu Nensi Ajramın 3-cü albomu olub, 2003-cü ildə buraxılmışdır. Albomun mahnıları 2002-2003-cü illərdə yazılıb. Bu, ona böyük uğur qazandıran albom hesab olunur. Janrı - ərəb popudur. Davamiyyəti – 39:00. İstehsalçı şirkət - Megastar / Relax-In. Prodüser – Jiji Lamara. "Akhasmak Ah" – 4:57/ Küsərəm, hə. "Nasseto Garho" – 4:39/ Yarasını unutdurdum "Yay (Sehr Oyouno)" – 4:23/ Wow (Gözlərinin sehri) "Inta W Bass" – 4:56/ Yalnız sən "Ya Salam" – 4:37/ Ah, necə əla "Ahla Jaw" – 3:54/ Ən yaxşı həyat "Eynann Tara" – 4:07 / Gözlər görür "Inta" – 4:14/ Sən "Ashkaraballi" – 3:13/ Açıq-aşkar bəlli Sinqllar: Akhasmak Ah (10 həftə 1-ci oldu) Ya Salam Yay (Sehr Oyoono) (6 həftə 1-ci və 5 həftə 2-ci oldu) Ahla Jaw (2-ci pillə) “Akhasmak, ah” köhnə ərəb filmlərini xatırladan klipdir. Bu klipdə müğənni öz müştəriləri üçün oynayan kafe meneceri kimi nümayiş olunur.
Ya Tabtab
"Ya Tabtab" (Ərəbcə: "يا طبطب") Livan müğənnisi Nensi Ajramın 15 fevral 2006-cı ildə çıxmış 5-ci studiya albomudur. Bu albom Nensinin öncəki tərzi ilə davam edərək, 9 ənənəvi Misir və 2 Livan ruhlu mahnıdan ibarət idi. Onlardan biri də böyük uğur qazanmış "Lawn Oyounak" sinqlı idi. Yumoristik Misir ənənəvi abu havasından ilhamlanan “Ya tabtab” Nensinin karyerasında möhtəşəm dönüş idi. Bir müddət öncə Nensi haqqında "mahnılarını öz bədəni ilə oxuyur" tənqidi yayılmışdı. Bu mahnı, həmin tənqidlərə cavab olaraq buraxılan aparıcı sinql idi. Qəribədir ki, Nensi bu klipdə tamamilə məzhəkəçi kimi geyərək, ümumiyyətlə bədənini zərrə qədər göstərməmişdir. Bununla o, haqqında dolaşan şaiyələrin nə dərəcədə yanlış olduğunu göstərmiş oldu. Burada o enli paltarda onunla uşaqca və məsum davranmayan bir insan üçün mahnı oxuyur. Aparıcı mahnı olan “Ya Tabtab” 10 fevralda çıxmış və 3 həftə ərzində 1-ci pillədə olmuşdu.
Ya (kiril)
Ya (Яя; italic: Яя) ― kiril hərfi.
Ya Qarabağ, Ya Ölüm (mahnı)
Ya Qarabağ, ya ölüm — 1999-cu il tarixində video kimi təqdim olunmuş, Dəyirmanın sayca ikinci olan Qurd albomundan olan mahnı. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
Ya istiqlal, ya ölüm (serial)
Ya İstiqlal Ya Ölüm — Yasin Uslunun rejissorluq etdiyi, ssenari müəllifi Ercan Mehmet Erdem olan, Türkiyə istehsalı tarixi mini televiziya serialıdır. Serialda İstanbulun işğalı və 16 mart 1920-ci ildə Parlamentin dağıdılması, Mim Mim qrupunun işğal altında olan İstanbulda mübarizəsi, Mustafa Kamal Paşanın liderliyində təcəssüm olunan Kuvâ-yi Milliyə hərəkatı və yeni hadisələr yer alır. Ankarada 23 aprel 1920-ci ildə parlamentin açılışı ilə birlikdə qurulma prosesi izah edilir. Serial 20 aprel 2020-ci ildə 12-ci seriyası ilə finala çıxdı.
Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası
Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası (ing. European Charter for Regional or Minority Languages, fr. Charte européenne des langues régionales ou minoritaires) — 5 noyabr 1992-ci ildə Strasburqda ingilis və fransız dillərində qəbul edilmiş, hər iki mətn eyni dərəcədə orijinaldır və bir nüsxədə Avropa Şurasının arxivinə qoyulur. Avropa Şurasının Baş Katibi Xartiyanın nüsxələrini Avropa Şurasının hər bir üzv dövlətinə və bu Xartiyaya qoşulmağa dəvət olunmuş hər hansı bir dövlətə göndərir. Preambula. I hissə — Ümumi müddəalar. Təriflər və s. II hissə — "2-ci maddənin 1-ci bəndinə uyğun olaraq həyata keçirilən məqsəd və prinsiplər". Bu hissədə tərəflərin ərazilərindəki bütün regional və ya azlıq dillərinə tətbiq etməyi öhdələrinə götürdükləri ümumi müddəalar yer alır. III hissə — “2-ci maddənin 2-ci bəndinə uyğun olaraq regional və ya azlıqların dillərinin ictimai həyatda istifadəsini təşviq etmək üçün tədbirlər”.
Ya Qarabağ, ya ölüm (film, 2013)
Ya Qarabağ, Ya Ölüm — 2013-cü ildə çəkilən Azərbaycan sənədli filmi. Filmdə yaradıcı heyət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bu gün düşmən tapdağında olduğunu hər kadrda donə-donə xatırlamağa, unutmamağa səsləyir. Çəkilişlər Xocavənd rayonunun Nərgiztəpə ərazisində, Bakı, Şamaxı və İsmayıllı rayonlarında aparılıb. Film Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi və təşəbbüsü ilə çəkilib. Filmin ideya müəllifi yaşadığı həyatda Qarabağ faciəsinin acısını təmamilə dadmış, vətən uçün qardaşları ilə birgə vuruşmuş Xocavənd RİH-nin başçısı Eyvaz Huseynovdur. Filmin iştirakçıları da bu gün türk dunyasının qəbul etdiyi, tanıdığı insanlardır: yazıçı-publisist, sənətçi Ahmet Şafak, xalq artisti Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı, Muğam Müsabiqəsinin iştirakçısı Səadət Cavadova. Çağdaş ədəbiyyatımızda öz imzası və istedadı ilə seçilən, Vətən, Yurd, Qarabağ mövzusunda əsərlərin müəllifi Sona Vəliyevanın filmdə səslənən şeirləri bizi düşmən tapdağında qalan torpaqlarımıza səsləyir… 10 iyun 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə çəkilmiş "Ya Qarabağ, Ya Ölüm" filminin Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilmişdir.
Kamil insan
Kamil İnsan — (ərəb. الإنسان الكامل‎) İslam teologiyası, irfanı, sufiliyi və mistikasında geniş yayılmış anlayış. İslam baxımından kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İslama görə kainatda ən kamil insan əfəndimiz Hz Məhəmməd (s) ibn Abdullahdır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və dini təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik.
Orqan (insan)
Orqan — bənzər funksiyaya sahib toxuma qrupu. Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə orqanlar sistemini, və sonda orqanlar sistemidə orqanizmi əmələ gətirir. Hər hansı bir orqanizmdəki orqanların sayı işlədilən terminlərin sayı ilə müəyyən olunur. İnsan bədənində 79 orqan olduğu qəbul olunur. Qan-damar sistemi — ürək və ondan çıxan damarları əhatə edən, qanın bədəndə dövranını təmin edən sistem; Həzm sistemi — tüpürcək vəziləri, qida borusu, mədə və bağırsaqlardan ibarət sistem; İfrazat sistemi — böyrəklər, sidik boruları, sidik kisəsi və sidikburaxan kanaldan ibarət sistem Tənəffüs sistemi — nəfəs borusu, traxeya, bronxlar, ağciyərlər və diafraqmadan ibarət sistem; Endokrin sistemi — hipofiz, epifiz və s. vəzilərdən ibarət sistem; Sinir sistemi — baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarət sistem; Skelet-dayaq sistemi— sümüklər, oynaqlar və bağlardan ibarət sistem; Əzələ sistemi — əzələlərdən ibarət sistem; Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
İnsan (Təbatəbai)
"İnsan" traktatı — Əllamə Təbatəbainin kitabı. İnsan dünyadan əvvəl — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı. Qarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür.
İnsan (cins)
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
İnsan (dram)
İnsan dramı — Səməd Vurğunun 1945-ci ildə yazdığı və həmin ildə tamaşaya qoyulan "İnsan" fəlsəfi dramında şair gələcək həyatı , romantik vüsətlə əks etdirmiş., müharibəni odu-alovu içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı : " mən "İnsan" adlı beş pərtəli böyük mənzum dramı üzərində işləyirəm. İnsan mənim dördüncü mənzum dramımdır. Bu əsər üzərində işləmək mənə zövq verir. Çünki tarixi mövzularda yazdığım əvvəlki üç əsərimdən fərqli olaraq burada mən ilk dəfə öz müasirlərimi obrazlarına müraciət etmişəm və onların nəvələrini göstərməyə çalışmışam. Səməd Vurğun- un "İnsan" dramı bu günumüzlə səsləşən səhnə əsəridir.
İnsan Haqları
İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.